Наверх
Войти на сайт
Регистрация на сайте
Зарегистрироваться
На сайте недоступна
регистрация через Google

ppk, 40 - 9 ноября 2009 03:21

Все
Отредактировано:09.11.09 03:30
[SIZE=+2][B][COLOR=brown]HEYATLA MUSAHIBE[/COLOR][/B][/SIZE]

[COLOR=darkblue][B][SIZE=+1]"Həyatla reportaj etdiyimi gördüm yuxumda.
"Mənimlə reportajmı etmək istəyirsən?" deyə soruşdu Həyat.
"Zamanın varmı?" deyə soruşdum.
Gülümsədi.
"Mənim zamanım Sonsuzluq" dedi Həyat. "Nə suallar var ürəyində?"
"İnsanlarla əlaqədar ən çox nəyə çaşırsan?" deyə soruşdum.
Həyat cavab verdi:
"Uşaqlıqdan sıxılıb böyümək üçün tələsirlər , sonra yenə uşaq olmanın həsrətini cəkirlər.Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər, sonra sağlamlıqlarını qazanmaq üçün pullarını
itirirlər. Gələcəklə əlaqədar narahat olmaqdan bu günü unudurlar. Sonra da nə bu günü nə gələcəyi yaşaya bilirlər. Təcrübə yaxşı bir müəllimdir deyirlər, amma təcrübənin fakturasını ödəmək istəmirlər.
Həyatlarını qazanmaq üçün təhsil alırlar, amma həyat ustası olmağı bilmirlər. Bu səbəblə də, heç ölməyəcəkmiş kimi yaşayırlar, heç yaşamamış kimi ölürlər.
Həyat əlimi tutdu. Bir müddət səssiz qaldıq. Dərin bir nəfəs aldım. Ona, insanların nələri öyrənmələrini istədiyini soruşdum.
Həyat cavabladı:
"Heç kimi səni sevməyə məcbur edə bilməyəcəyini, edə biləcəyin tək şeyin səni sevmələrinə icazə vermələrini istəyərdim. Bağışlamanın bağışlayaraq öyrənilə biləcəyini öyrənmələrini istəyərdim. Başqalarıyla özlərini müqayisə etməməyi öyrənmələrini istəyərdim. İki insanın eyni şeyə baxıb fərqli şeyləri görə biləcəyini öyrənmələrini istəyərdim."

Zəngin insanın ən çox şeyə sahib olan deyil, ən az şeyə ehtiyac duyan insan olduğunu öyrənmələrini istəyərdim. Bir mehriban ürəyi dərindən yaralamanın bir anda olduğunu, amma yaxşılaşdırmanın çox uzun sürdüyünü öyrənmələrini istəyərdim. Səni sevən insanların duyğularını necə ifadə edə biləcəklərini bilmədikləri üçün səni sevmədiklərini sanmaq yerinə onların sevgisini hiss etməyi öyrənmələrini istəyərdim."

Həyat dərin bir nəfəs verdi. Həyatın nəfəsi sözlərə çevrildi.
"Söylədiklərimi ürəyinə qeyd et" dedi. Söylədiyi cümləni ürəyimə qeyd etdim.
"Başqalarını bağışlamaq kafi deyil, özünü də bağışlamağı öyrən".[/SIZE][/B][/COLOR]
[SIZE=+1][B][COLOR=red]Ürəyim quş kimi yüngülləşmişdi
"Son bir sual daha, Həyat" dedim. "Məndən nə istəyirsən?"
Bütün otağı ağ bir işıq örtdü və Həyat cavabladı:
"Sənin özün olmağını istəyirəm, yoxsa başqası olardın. Sənə bu gün ehtiyacım olduğunu bil, yoxsa bu gün mənimlə olmazdın. Öz bənzərsizliyini və biricikliyini bil; çünki mən özümü təkrar etməyəcək qədər yaradıcı və zənginem.Və həqiqətən TƏK qiymətli olanam. Dəyərimi bil!!!" [/COLOR][/B][/SIZE]
Добавить комментарий Комментарии: 0
Мы используем файлы cookies для улучшения навигации пользователей и сбора сведений о посещаемости сайта. Работая с этим сайтом, вы даете согласие на использование cookies.