Наверх
Войти на сайт
Регистрация на сайте
Зарегистрироваться
На сайте недоступна
регистрация через Google

ppk, 40 - 22 мая 2009 01:31

Все
[COLOR=violet][B][SIZE=+2]Mikayıl Müşfiq

TELEFON SÖHBƏTİ[/SIZE][/B]
[/COLOR]
[B][SIZE=+2]Sən məndən uzaqsan, mən səndən uzaq,

Uzaqdır sevimli gözlərin mənə.

Yaxındır telefon sayəsində bax,

Ürəkdən saçılan sözlərin mənə.



Neçin ruhlanmasın bu yeni şair,

Çapar gözləməyir canan elindən,

Çılğın arzuları eşqinə dair

Mərhəmət ummayır səba yelindən.



Əvət, böylə qalmaz yarın bu ölkə,

Telfonda fikrimi açarkən sənə,

Həsrətlə baxdığım üzün də bəlkə

Uzaqdan-uzağa görünər mənə.



Məhəbbətin dərin, xəyalın dərin,

Nə çıxar sözlərə könlümü versəm?!

Əslinə varmaqçın bu söhbətlərin,

Nolur gözlərini telfonda görsəm?!



Məni inandırmaz yoxsa bu sözlər,

Az iş gəlməmişdir qərib başıma.

İstərəm ürəyin aynası gözlər

Açıb həqiqəti qoysun qarşıma.



Əvət, böylə qalmaz yarın bu ölkə,

Telfonda fikrimi açarkən sənə,

Həsrətlə baxdığım üzün də bəlkə

Uzaqdan-uzağa görünər mənə.[/SIZE][/B]
Добавить комментарий Комментарии: 1
Jeyhun
Jeyhun , 45 лет12 июня 2009 09:29
Bilinməz bu geniş çöllərdə nə bəklər,
Yan-yana düzülmüş o şeytan dirəklər.


- M.Müşfiq
Мы используем файлы cookies для улучшения навигации пользователей и сбора сведений о посещаемости сайта. Работая с этим сайтом, вы даете согласие на использование cookies.